“Xural”ın əməkdaşına hücum oldu

xuralin-emekdasina-hucum-oldu-
Oxunma sayı: 683

“Xural” qəzeti redaksiyasından “Qafqazinfo”ya verilən məlumata görə, rəsmi geyimli, təxminən 30 yaşlarında olan sürücünün yanında başqa bir şəxs də olub. Sürücü K.Zamanlıya maşını yolun kənarına çıxarmagı əmr edib. Jurnalist “Xural” la bağlı son günlər baş verən hadisələrin qovğasında maşını saxlamayaraq, Nərimanov rayon Polis İdarəsinə tərəf sürüb. Vəziyyətin bu cür dönüşünü gözləməyən təqibçilər K.Zamanlıdan əl çəkməyə məcbur olublar. K.Zamanovlının sözlərinə görə, naməlum sürücü ondan maşını saxlamağı əmr edəndə “Siz kimsiniz? Mən Sizi tanımıram” deyib, sürücü hiddətlə “saxla, indi tanıyarsan” cavabını qaytarıb. Jurnalist hadisə ilə əlaqədar DİN-nin 102 nömrəli qaynar xəttinə məlumat verib. Ona hadisənin araşdırılacağını bildiriblər.