Xuraman Şuşalıdan təzə xəbər var

xuraman-susalidan-teze-xeber-var
Oxunma sayı: 648

X.Şuşalı Gün.Az-a açıqlamasında bildirib ki, yeni layihəsində təzə mahnılarla yanaşı, əvvəllər ifa etdiyi mahnılar da əlavə olunacaq.

“Bu layihəni yaradıcılıq işlərimin ümumilikdə hesabatı olacaq. Albomda bu günə qədər çəkdirdiyim kliplərim, yeni mahnılarım və fotossesiyam olacaq. Mahnılarımdan ibarət konsert görüntüləri də bu albomda yer alacaq. “Sənsizəm”in təqdimatını Yeni ildə təqdim etməyi düşünürəm”.

Müğənni söhbət əsnasında bildirib ki, ümummilli lider Heydər Əliyevə mahnı həsr edib. Hazırda həmin mahnıya ekran həyatı vermək üçün çalışan müğənni rejissor işini həyat yoldaşına həvalə etdiyini deyib.