“Ya, Allah!” - Bakıdan Fotosessiya

ya-allah-bakidan-fotosessiya
Oxunma sayı: 680

Bakıda və Abşeron yarımadasında qar yağır, güclü şimal-qərb küləyi əsir. Küləyin surəti 11 m /s çatır. Sinoptiklər deyir ki, axşama doğru külək güclənəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək.

Hazırda paytaxt yolları qarla örtülüb. Yollar buz bağlayıb. Şəhərin yuxarı məhəllələrində maşınlar yollarda qalıb.Azərbaycanda yanvarın 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq, şaxtalı hava şəraiti davam edəcək.

Bunu «Trend»ə Milli Hidrometeorologiya Departamentindən bildiriblər. Bakıda havanın temperaturu gecə 5-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 29-da arabir qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu mənfi 18-23 dərəcə olacaq. Yollar buz bağlayacaq. Ümumilikdə isə yağıntılı hava şəraiti yanvarın sonunadək fasilələrlə davam edəcək.
Yanvarın 31-də də havanın yağıntılı olacağı proqnozlaşdırılsa da, temperatur bir qədər yüksələcək. Fevralın ilk günlərində yenidən şaxtalı hava şəraiti gözlənilir.