“Ya məni qəbul edin, ya da intihar edəcəm”

ya-meni-qebul-edin-ya-da-intihar-edecem
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir: “Daşqınlar evimi təsərrüfatımı dağıdıb, yararsız hala salıb. 16 aydır ki, hökümətdən bir manat da olsun yardım almamışam. 5 nəfərlik ailəyik. Az yaşlı 2 uşağım xəstədir. Uşaqlardan biri sağalmaz xəstəliyə düçar olub. Bud-çanaq sümüyündə çürümə gedir. Yoldaşımın bir gözü görmür. Sel evimi dağıdıb. Evin bir tərəfinə hazırda çadır qurub yaşayıram. Əgər buna yaşamaq demək mümkündürsə. Heç yerdən gəlirim yoxdur, bütün təsərrüfatımızı, dolanışıq yerimizi də sel dağıtdı. Yazmadığım yer, müraciət etmədiyim dövlət idarəsi qalmayıb. 10 dəfə FHN-də qəbulda oldum. Heç kim bizi eşidib dərdimizə çarə qılmaq istəmir. Ailəmi dolandıra bilmirəm. Xəstə, ac uşaqlarımın üzünə baxa bilmirəm. Bu cür yaşamaqdansa şərəflə ölmək daha yaxşıdır. İntihar etmək qərarına gəlmişəm. Cənab prezident, ya məni qəbul edin, dərdimi dinləyin, ya da mən intihar edəcəm. Başqa yolum yoxdu”.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Sabirabad rayonunun Ulacalı kənd sakini Cabbarov Asif Əlikram oğlu ilə əlaqə saxlayaraq onun problemi ilə maraqlanıb. Hazırkı yaşayış vəziyyəti və evinin durumunu yerindəcə araşdırmaq üçün Qərargah üzvləri Ulacalı kəndinə səfər etməyi qərara alıb.

Fatimə Kərimli