Yağışlı gündə ağır qəza

yagisli-gunde-agir-qeza
Oxunma sayı: 654

APA-nın məlumatına görə hadisə bu gün səhər saat 9:00 radələrində Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Həsənov İlqar Həsənəli oğlunun idarə etdiyi “Mercedes Sprinter” markalı 10-NM-475 dövlət nömrə nişanlı sərnişn mikroavtobusu qarşıdan gələn, Bakı şəhəri, Xətai rayon sakini, 1964-cü il təvəllüdlü Əhmədov Əli İmaməli oğlunun idarə etdiyi “Jeep Nissan” markalı 90-LC-724 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub.

Nəticədə 16 nəfər xəsarət alıb. Xəsarət alanlar müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Daha sonra onlardan 9 nəfər üçü ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Bakı sakini, 1987-ci il təvəllüdlü Səlimov Xəyyam, Saatl rayonu Əlisoltanlı kənd sakini, 1988-ci il təvəllüdlü Nuruşov Elgün Ağabəy oğlu və Bakı sakini 1966-cı il təvəllüdlü Əhmədova Səkinə Əlləz qızı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə, digər 6 nəfər- Suraxanı sakini, 1987-ci il təvəllüdlü Musayev Seymur Kərim oğlu, Bakı sakini 1988-ci il təvəllüdlü Orucov Marif Akif oğlu, Balaxanı sakini 1988-ci il təvəllüdlü Quliyev Alim Əliqulu oğlu, Bakı sakini 1984-cü il təvəllüdlü Nəbiyev Vasif Saleh oğlu, Bakı sakini 1993-cu il təvəllüdlü Əhmədova Türkanə Əli qızı və Şəki sakini 1989-cu il təvəllüdlü Salahov Orxan Elxan oğlu Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

21 yaşlı Məhərrəm Şahverdiyev, 25 yaşlı Elvin Mirzəyev, 26 yaşlı Hacı Cəfərov, 21 yaşlı Fərqanə Əhmədova, 11 yaşlı Ayşən Əhmədova, 48 yaşlı Əli Əhmədov, 11 yaşlı İmaməli Əhmədov isə Kürdəmir rayon xəstəxanasından Bakıya göndəriliblər.

Qeyd edək ki, “Mercedes” markalı mikroavtobusun sərnişinləri toy mərasiminə gedirmişlər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.