Yanındayıq, Türkiyə!

yanindayiq-turkiye
Oxunma sayı: 671

“Qafqazinfo”nun məlumatına görə, partiya Türkiyə səfirliyinə təqdim etdiyi başsağlığı bəyanatında deyilir: “Türkiyənin Hakkari vilayətində PKK hücumu nəticəsində 24 türk əsgərinin öldürülməsi, 18 əsgərin yaralanması xəbəri hər bir türk kimi bizi də sarsıtdı. Qardaş Türk xalqına sonsuz kədərimizi və dərin hüzn duyduğumuzu bildiririk. Dünyanın hər yerində terror lənətlənməlidir. Biz Ümid Partiyası olaraq son dövrlər Türkiyədə terror olaylarının intensivləşməsindən narahatıq. Şəhid olan hər mehmetcik bizim də hüznümüzdür. Biz olayların tezliklə çözülməsini, terrora son qoyulmasını, məsum qanların axmasının dayanmasını arzulayırıq. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirik”.