Yanukoviçin Brüsselə səfəri ləğv edildi

yanukovicin-brussele-seferi-legv-edildi
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, bu haqda diplomatik dairələrdəki mənbəyə istinadən “France-Presse” xəbər verib.
Diplomatın sözlərinə görə, səfər ikitərəfli dialoq üçün sərfəli olana qədər təxirə salınıb. Verilən məlumatlardan aydın olur ki, Avropa Birliyinin bu qərarı keçmiş Baş nazir Yuliya Timoşenkonun həbsi ilə daha çox bağlıdır. Yanukoviç Qərb dövlətlərinin Ukrayananın daxili işlərinə qarışdığını bildirib.
Yanukoviç Brüsseldə Avropa Birliyi prezidenti Herman van Pompeylə görüşməli idi. Görüşdə Yuliya Timoşenkonun həbsdən azad olunmasının mümkünlüyü danışıqların mövzisina daxl edilmişdi. Ancaq Ukrayna prezidenti bu mövzunun müzakirəsindən qəti surətdə imtina etmişdi.