“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib. S. Orucov bildirib ki, partiyanın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclər özünəməxsus yer tutur: “Partiyaya gənclərin axını Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza etibarlı təminat yaradır. Şübhəsiz ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulmaları, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına xüsusilə intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərə bağlı olduğunu əminliklə söyləmək olar. Bu o deməkdir ki, YAP gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər”.
Partiya üzvlərinin 40 faizə qədərinin gənclər olduğunu deyən S. Orucov bildirib ki, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti sahəsində atılan məqsədyönlü addımlar xüsusi əhəmiyyət kəsb edir.
Fatimə Kərimli