YAP daha bir qrup şou əhlini sıralarına qatdı - Siyahı

yap-daha-bir-qrup-sou-ehlini-siralarina-qatdi-siyahi
Oxunma sayı: 694

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bazar ertəsi YAP-da keçirilən tədbirdə müğənillər Gülyanaq və Gülyaz Məmmədova bacıları, Rəşad İlyasov, Tünzalə Ağayeva, aktrisa Vəfa Zeynalova və teleaparıcı-şoumen Azər Axşama partiyanın vəsiqəsi təqdim olunub. Tədbirdə çıxış edən YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, partiyanın 540 minə yaxın üzvü var. Hər il YAP-a 20-30 min üzv qəbul edilir.

Əhmədov bildirib ki, hər bir üzv YAP-ın şərəfi, gücüdür. "Gücümüz partiyanın nüfuzunda, cəmiyyət tərəfindən dəstəklənməsindədir. Gücümüz insanların partiyamıza inanmasıdır", - Əhmədov əlavə edib.