YAP-ın ağaclarını qıran deputat YAP-ın saytına müsahibə verdi

yap-in-agaclarini-qiran-deputat-yap-in-saytina-musahibe-verdi
Oxunma sayı: 692

Həmin məlumatda bildirilir ki, ağaclar Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, millət vəkili, AZİNKO şirkətinin rəhbəri Malik Həsənovun tapşırığı ilə kəsilir. Məsələylə bağlı ötən gün YAP-ın da mövqeyini öyrənmək, onların əkdiyi ağacların kəsilməsinə seyriçi qalmalarının səbəblərini işıqlandırmağa çalışsaq da, bu mümkün olmadı.

Bunun əvəzində bu gün YAP-ın rəsmi saytında Malik Həsənovla geniş müsahibə dərc edilib. Müsahibədə təbii ki, ağacların qırılması ilə bağlı məsələyə toxunulmayıb. Millət vəkili ona ünvanlanmış “Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 20 ili tamam olur. Amma gerçəklik budur ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən - ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başlamışdır...”, “Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı da Azərbaycanın düşdüyü ağır vəziyyətdən xilas edilməsi ilə bağlıdır. Tarixə diqqət yetirdikdə ümummilli liderin fəaliyyətinin əsas istiqaməti olan xilaskarlıq missiyası daha çox önə çəkilir. Bu missiyanı şərtləndirən amillər hansılardır?”, “Heydər Əliyevin dövlətçilik strateji proqramında azərbaycançılıq ideyasına bağlılıq, bütün soydaşlarımızın bir amal ətrafında birliyi daha vacib şərt kimi irəli sürülmüşdür. Bu gün müstəqil Azərbaycanımızın uğurlarında bu amilin rolunu necə görürsünüz?”, “Bu günün əsas çağırışlarından biri iqtisadi inkişafın gələcək istiqamətlərinin müəyyənləşdirilməsinin güclü elmi əsaslara söykənməsidir. Bununla bağlı fikirlərinizi bilmək istərdik” kimi suallara cavab verib.