YAP-ın balaca bir təpkisi adama bəs elədi...

yap-in-balaca-bir-tepkisi-adama-bes-eledi-
Oxunma sayı: 640

Məlumatlı mənbənin bildirdiyinə görə, Ş. Əsgərovun tədbirdə nəinki iştirak, hətta çıxış etməsi hakim partiyada, həmçinin Prezident Adminstrasiyasında kəskin reaksiya doğurub. R. Əliyevin YAP-ın mərkəzi qərargahına çağırılaraq ondan hesabat istənilməsi barədə də xəbər var. İddialara görə, yaxın günlərdə onun partiyada qalıb-qalmayacağı məsələsinin İdarə Heyətində qoyulacağı gözlənilir.

Qeyd edək ki, Ş. ƏSgərov çıxışında bildirib ki, dünyada dəyişməz qanun var, o da hər şeyin dəyişməsidir. “Köhnə təfəkkürlə heç nəyi müsbətə doğru dəyişmək mümükün deyil” deyə sabiq deputata bildirib.

Məlumatla əlaqədar Ş.Əsgərovun özü ilə danışdıq. Ancaq o, qəzetimizə açıqlamasında barəsində deyilənləri təkzib etdi: “Mən YAP-ın İdarə Heyətinin üzvüyəm və partiyada öz fəaliyyətimi davam etdirirəm”.

Müstəqil ziyalı olan professor Rafiq Əliyev fərqli cfikirlərinə görə işdən çıxarıldığı halda, YAP rəhbərliyində təmsil olunan Ş. Əsgərovun heç bir təzyiqə məruz qalmaması nə dərəcədə inandırıcı görünür? Ş. Əsgərov “o başqa mən başqa” cavabını verməklə kifayətləndi.

R. Əliyevin işdən çıxarılmasına münasibətini soruşduqda isə bunları bildirdi: “Azərbaycan ziyalıları Rafiq müəllim haqda kifayət qədər məlumatlıdır. Mən onun barəsində əlavə heç nə deyə bilmərəm”.

Forumun növbəti tədbirinə qatılıb qatılmayacağına gəldikdə, məlum oldu ki, Ş. Əsgərov bir də bu tədbirdə iştirak etməyəcək: “Mən bir dəfə Ziyalılar Məclisində olmuşdum, Pənah Qurbanovun kitabının təqdimatı idi. Həmin tədbir mənə çox gözəl təsir bağışladı. O təşkilat Eldəniz müəllimin təşkilatı idi. Ancaq bu məclis (Ziyalılar Forumunun tədbiri-red.) kifayət qədər siyasiləşmiş məclis idi. Mən burada iştirak etməyəcəm”.

Ziyalılar Forumunda çıxış etməsi və hətta dəyişikliyə çağırışı barədə sualımıza isə Şahlar müəllimin cavabı belə oldu: “Mən orada iki cümləlik çıxış eləmişəm, vəssalam. Üstəlik, mən özüm də özümü dəyişməyə çağırıram, istəyirəm oğlum da dəyişsin. Mən bir kitab yazmışam, orada başdan-ayağa bütün cəmiyyəti dəyişməyə çağırmışam. Biz ateist bir dövlət qurmuşuq, indi sən istəməzsən ki, biz ateist dövlətdən uzaqlaşaq”. YAP-da tənqidə dözümlü yanaşmağın olmadığına gəldikdə, Ş. Əsgərov bunu da təkzib etdi: “Mən analoji fikirləri bütün digər çıxışlarımda da demişəm. Mən o tədbirdə yeni heç nə deməmişəm. Elə YAP-da da bu sözləri demişəm. Ziyalılar Forumunda çıxış etməsi və hətta dəyişikliyə çağırması barədə sualımıza isə cavabı belə oldu: “Mən orada iki cümləlik çıxış eləmişəm, vəssalam”.

“Yeni Müsavat”