YAP-ın idarə heyətinin növbəti iclası keçirilib

yap-in-idare-heyetinin-novbeti-iclasi-kecirilib
Oxunma sayı: 662

YAP mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Yeni Azərbaycan Partiyasının sədr müavini–icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov gündəlikdəki məsələlər ətrafında çıxış etmişdir. İclasda Yeni Azərbaycan Partiyasının 2011-ci ildəki fəaliyyəti, maliyyə hesabatı və 2012-ci ilin birinci yarısına dair iş planı geniş müzakirə edilmişdir.

Qeyd olunmuşdur ki, 2011-ci ildə Yeni Azərbaycan Partiyası təşkilatlanma, ideoloji–təbliğat, gənclər siyasəti və beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində çox mühüm uğurlar qazanmışdır.
2012-ci il yanvarın 1-nə olan məlumata görə, YAP üzvlərinin sayı 556 min nəfərdən yuxarı olmuşdur. 2011-ci ildə YAP sıralarına 34 mindən çox yeni üzv qəbul edilmişdir ki, onların da 60 faizə qədəri gənclərdir.
İclasda partiyanın 2011-ci il maliyyə hesabatı təsdiq olunmuşdur.
İdarə heyətinin iclasında partiya həyatına aid bir sıra məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.