YAP-ın keçmiş sədri niyə intihar etdi?

yap-in-kecmis-sedri-niye-intihar-etdi-
Oxunma sayı: 708

Ağsu rayon sakini 65 yaşlı Böyükkişi Pənahov özünü qoşalüləli ov tüfəngi ilə güllələyib. O, Həmzəyev küçəsində yerləşən evində otağın qapısını bağlayaraq özünü öldürüb.
B. Pənahov Ağsu rayon icra hakimiyyəti başçısının müavini işləyib. Bir müddət əvvəl o, vəzifədən uzaqlaşdırılıb.

Ağsu rayon polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Bahadur Şükürovla əlaqə saxladıq. B.Şükürov bu barədə heç nə danışa bilməyəcəyini söylədi: “Mənə niyə zəng etmisiniz? Rəis müavinləri var, onlarla əlaqə saxlayın”. Rəisin dediyi kimi də etdik. Ancaq onun müavinləri zənglərimizə cavab vermədi.

Yaxınlarından aldığımız məlumata görə, mərhum bir neçə ildir ki, yataq xəstəsi olub: “İntihar etməzdən öncə məktub yazıb. Məktubunda ölümündə heç kimin günahkar olmadığını qeyd edib. Yataq xəstəsi olmaq onu bezdirib, ona görə intihar etməyə məcbur olub”.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Böyükkişi Pənahov həm də iki il əvvələdək YAP-ın Ağsu rayon təşkilatının sədri olub. Vəzifədən çıxarılandan sonra hakim partiyanın rayon sədri vəzifəsindən də uzaqlaşdırılıb.

Azadlıq.info