“YAP nəinki regionda, beynəlxalq miqyasda böyük nüfuza malikdir”

yap-neinki-regionda-beynelxalq-miqyasda-boyuk-nufuza-malikdir-
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, bütün bunlar Yeni Azərbaycan Partiyasının dünyada artan nüfuzunun göstəricisidir. Bu yaxınlarda Malaziyada keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) tədbirində iştirak etdiyini deyən M.İbrahimqızı YAP-ın bu təşkilatın fəal üzvlərindən olduğunu vurğulayıb.
“Həmin tədbirdə dünyanın bir sıra ölkələrindən nümayəndələr iştirak edirdi. Mən orada Azərbaycan dövlətinə, dövlətimizin başçısı cənab İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına böyük hörmətin və rəğbətin şahidi oldum. Səfər çərçivəsində bu ölkənin hakim Birləşmiş Malaziya Partiyasının qurultayında da iştirak etdim. Bu partiya Malaziyanın qurtuluşuna imza atmış siyasi təşkilatdır. Onu da qeyd etmək istəyirəm ki, görüşlərimiz zamanı da partiyamızın İCAPP-da mövqeyini, dövlətimizin İslam Əməkdaşlıq Təşkilatındakı fəallığını xüsusi vurğuladılar. Tədbirlərdə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etdilər. Bu hadisə ölkəmizin Prezidenti İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsi kimi qiymətləndirildi. Əlbəttə ki, Azərbaycana belə bir münasibət dövlətimizin və partiyamızın böyük uğurudur”.