Yaponiyada güclü zəlzələ oldu

yaponiyada-guclu-zelzele-oldu
Oxunma sayı: 747

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, yanvarın 30-da Yaponiyanın əsas adası Hönsünün cənubunda 4,8 bal gücündə zəlzələ baş verib. Dağıntılar və həlak olanlar barədə məlumat verilmir.

Yaponiyanın Milli Meteorologiya İdarəsindən bildirmişlər ki, yeraltı təkanlar sunami təhlükəsi yaratmayıb.

Zəlzələnin episentri Oita prefekturasında, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.
Güclü yeraltı təkanlar, Hirosima və Naqasaki də daxil olmaqla, Hönsü adasının cənubunda yerləşən 12 prefekturada hiss olunub.