Yarışda dəhşətli qəza oldu

yarisda-dehsetli-qeza-oldu
Oxunma sayı: 688

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, hadisə Las-Veqasda 2011-ci il yarışmasının son mərhələsində baş verib.
Qəza zamanı “İndianapolisa-500” yarışının qalibi 33 yaşlı Den Ueldon başqa maşınların üzərindən uçaraq qoruyucu divara çırpılıb. Xəstəxanaya çatdırıla idamnçının həyatını xilas etmək mümkün olmayıb, aldığı xəsarətdən keçinib. Qəza zamanı 15 avtomobil bir-birilə toqquşub. Nəticədə bir neçə maşın yanıb.