Yasamal və Səbailə içməli suyun verilməsində fasilə yaranacaq

yasamal-ve-sebaile-icmeli-suyun-verilmesinde-fasile-yaranacaq
Oxunma sayı: 643

“Azərsu”-dan “Qafqazinfo”ya verilən məlumata görə, həyata keçirilən layihələrə uyğun olaraq Yasamal rayonu ərazisində məhəllədaxili şəbəkələrin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işləri aparılır. Bununla əlaqədar qarşıdakı bir neçə gün ərzində Bakının Yasamal, həmçinin Səbail rayonunun bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.