Yasamalda yaşayış binası yandı

yasamalda-yasayis-binasi-yandi
Oxunma sayı: 641

Yanğın binanın elektrik xətlərinin keçdiyi zirzəmidə qeydə alınıb. Qeyd edək ki, hadisə zamanı ancaq elektrik xətləri yandığından fərdi mənzillərə alov keçməyib. Buna baxmayaraq binanın dəhlizində qatı tüstü olduğundan sakinlər mənzillərində çətin anlar yaşayıblar. Hətta bəzi sakinlər tüstüdən boğulmamaq üçün mənzillərinin balkonlarına çıxmaq məcburiyyətində qalıblar.

Hadisədən sonra əraziyə Fövqəlada Hallar Nazirliyinin yanğınsöndürmə və təcili tibbi yardım bridaları cəlb edilib. Köməksiz vəziyyətdə qalan sakinlər binadan çıxarılıb və onlara tibbi yardım göstərilib. Bina sakinləri mənzillərinə qaz verilmədiyini və evlərini elektrik enerjisinin hesabına isitdiklərini bildirirlər.

Özünü tikinti şirkətinin nümayəndəsi kimi təqdim edən Elməddin adlı şəxs isə binada yanğının elektrik xətlərin yksələnməsi səbəbindən yarandığını bildirdi.

Qeyd edək ki, artıq faktla bağlı FHN-nin əməkdaşları tərəfindən araşdırma başlanlıb. Yanğının dəqiq səbəbləri nazirliyin mütəxəssislərinin verəcəyi rəydən sonra məlum oldacaq.

anspress