Yaşar Nurinin səhhəti barədə xəbər var

yasar-nurinin-sehheti-barede-xeber-var
Oxunma sayı: 645

Milli.Az-ın məlumatına görə, bunu aktyorun həyat yoldaşı Rəhimə xanım Day.Az saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, Y.Nuri hələ də reanimasiya şöbəsindədir: «Əlbəttə ki, üç ay reanimasiyada qalmaq dəhşətlidir. Ümidverici olan, tibbi personalın ona böyük qayğı göstərməsi, onun adamları tanıması, bizim yanında olmağımıza reaksiya verməsidir. Sağalması üçün hər gün dua edirik. Onu bu vəziyyətdə görmək, həm mənim, həm də övladlarımız üçün çox ağırdır».