Yaşar Nurinin vəfat etməsi ilə bağlı məlumat yayıldı-Yalan

yasar-nurinin-vefat-etmesi-ile-bagli-melumat-yayildi-yalan
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, yayılan məlumatlarda bildirilir ki, xalq artisti bu gün dünyasını dəyişib.

Bununla bağlı, sənətkarın evinə telefon açdıq. Yayılan məlumatın həqqətəuyğun olmadığını bildirdilər: “Bu gün xəstəxana ilə danışmışıq. Vəziyyəti yaxşıdır. Bu xəbərləri Kim yayır, bilmirik. Hər dəfə belə yalan məlumatlar yayıb, bizi narahat edirlər”.

Xatırladaq ki, Y. Nurinin uzun müddətdir səhhətində ciddi problem var. O, hazırda müalicə olunur.

Məşhur aktyorun vəfat etməsi ilə bağlı artıq bir neçə dəfə belə yalan məlumat yayılıb.