Yasdan qayıdan molla bıçaqlandı

yasdan-qayidan-molla-bicaqlandi
Oxunma sayı: 652

Yaralı hadisədən sonra ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat otağına qaldırılan yaralının bədəninin müxtəlif nahiyyələrəində 4 bıçaq yarasının olduğu müəyyən edilib. Cərrahi müdaxilənə sonra Babayevin həyatını xilas etmək mümkün olub.

Qeydə alınana hadisə ilə bağlı Suraxanı rayon polis idarçsi və 31-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb. Bölmədən verilən məlumata görə, hələlik qanlı hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Əhəd Babayevi bıçaqlayan şəxsin müəyyən edilməsi istiqamətində isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, zərərçəkən Əhəd Babayev Əmircan qəsəbəsində molla kimi fəaliyyət göstərirmiş. Hadisədən əvvəl isə o, oğlu ilə birlikdə yas mərasimindən evə gəlirmiş./anspress/