Yazarların arasında “satqın müharibəsi” başladı

yazarlarin-arasinda-satqin-muharibesi-basladi
Oxunma sayı: 665

“Qafqazinfo” xəbər verir ki, E.Astanbəyli “Yeni Müsavat”a açıqlamasında bu müsahibədə deyilənlərə münasibət bildirdi. Onun fikrincə, ümumiyyətlə, əgər bir insan satılmadığını deyirsə, bu barədə ona şübhəli suallar ünvanlanırsa, bunun özü düşündürücüdür: “İttiham edir ki, guya mən maniyaya qapılmışam. Bu, komik fikirdir və bunu Fazil Mustafa dəfələrlə ortalığa atıb. Turalın Fazil Mustafanın ağzı ilə, ümumiyyətlə, onların bir-birinin ağzı ilə danışması ağrıdıcı gəlir. Konkret özümə gələndə isə mən kimi ittiham etmişəm? İttiham etdiyim adamlar məlumdur. Bu gün Azərbaycanda gənclər haqda ən çox yazan mənəm. Xüsusi cəsarətim yoxdur. Belə bir cəsarət göstərmək kimi tələbatımız yoxdur. Bu rejimə meydan oxuyacaq, onunla Napoleon kimi mübarizə aparacaq gücümüzmü var? Sadəcə olaraq, iyrənc olan odur ki, eyni adamları dünənə qədər ittiham edən adam deyir ki, Elnur maniyaya qapılıb. Biz üç aşağı, beş yuxarı eyni adamları ittiham etmişik. Satqınlıqda ittiham etdiyimiz adamlar olub. İndi məlum olur ki, mən maniyaya qapılmışam?”

E.Astanbəyli dedi ki, bu günədək xeyli insanı “iynələyib”, onların mövqeyini tənqid edib. O, bunun hətta öz yaxın çevrələrinə də aid olduğunu dedi: “Amma hamısı satqınlıqda ittiham olunmur ki. Bu, Turala da məlumdur. Deyir ”mən ədəbiyyatla məşğulam". Əslində isə onun bu gün nə işlə məşğul olduğu görünür. Əgər “Mustafa” romanını nəzərdə tutursa, bunu ora getməmişdən yazmışdı. Yox, əgər 3-5 filosof haqda yazmaq, çay qırağında düşüncələrini yazmağa ədəbiyyat deyirsə, bunu yazmağa daha öncə nə mane olurdu ki?"

E.Astanbəyli hesab edir ki, Q.Turalın danışması doğru deyil: “Mən olsam, susaram, danışmaram. Amma onun da danışmağa ehtiyacı var. İstəyir kimlərsə danışsın və söhbət bağlansın. O, belə addım atıb, kulis.az-a keçəndə heç kim heç nə yazmadı. Hər satqın haqda nələrsə yazılır deyə istəyir ki, onun da barəsində yazılsın və bu məsələ bitsin. Narahatçılıq qalır onun içində. Amma məncə, susması, ayıbına kor olması lazım idi”.

E. Astanbəyli keçmiş dostunun siyasilərə simpatiya ruhlu yazılar yazmaması barədə dediklərinə də toxundu. Dedi ki, bu da yanlışdır: “Dəfələrlə onunla Əli Kərimli ilə bağlı mübahisələr olurdu. Onun ”Əli Kərimli qüsursuz adamdır" sözləri dillər əzbəridir. Mən də “Azadlıq” qəzeti rəhbərliyində senzura meyli hiss edirəm. Əgər bu gen redaktor müavini senzordursa, Vüsalə Mahirqızı ondan daha demokratdır? Bunu deyəndə adamın vicdanı ağrımazmı? Yaxşı, “Azadlıq”da komissar var idisə, Qabil Abbasoğlu və Vüsalə Mahirqızı kimin komissarıdır? Bu, bəraət verirmi əks cəbhəyə keçməyə?"

E.Astanbəyli sonda Q.Turala məsləhət verdi: “Məsləhət görürəm ki, nəyəsə cəhd eləməsin. Satılmış, başqa budağın quşu olmuş adam nə qədər kitab oxuyursa oxusun - alınmır. Özünü təmizə çıxarmaq üçün bəraət qazanmağa çalışmasın. Vaxtını buna həsr etməsin. Alınmayacaq”.