Yazıçı hinduşka ilə mübarizə aparır

yazici-hinduska-ile-mubarize-aparir
Oxunma sayı: 658

ABŞ-dakı İslam düşmənlərindən olan amerikalı yazıçı Pamela Geller yaxınlaşmaqda olan Şükranlıq günü ərəfəsində amerikalılardan halal hinduşka almamalarını istəyib.

Nyu-Yorkdakı məscid mübahisələrinin təhrikedici simalarından olan Geller ABŞ vətəndaşlarına Şükranlıq günündə demək olar ki, bütün evlərdə bişirilən hinduşka xüsusunda xəbərdarlıq edib. Yazıçı islam qaydaların görə kəsilən, halal hinduşka satışı ilə məşğul olan “Butterball” firmasının məhsullarını almamağa çağırıb.

Amerikalıların “fərqinə varmadan” ailələrinə halal hinduşka verəcəyini deyən yazıçı “müstəqilliyimiz üçün təşəkkürümüzü bildirdiyimiz gündə halal sertifikatlı hinduşka bişirməyin”, - deyə müraciət edib.

azerimuslims.com