Yazıçılar Birliyində ölüm hadisəsi baş verdi

yazicilar-birliyinde-olum-hadisesi-bas-verdi
Oxunma sayı: 693

Ötən gün şair İlyas Tapdığın həyat yoldaşı Münəvvər Əliqızı Tapdıqova Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən tədbirdə çıxış edərkən halı kəskin pisləşib. Təcili Tibbi Yardım Xidmətinə xəbər verilsə də həkimlər hadisə yerinə gəldiyində Münəvvər Tapdıqova artıq keçinibmiş.

Qeyd edək ki, ötən gün (27 yanvar) AYB-nin “Natəvan” klubunda şairə Zərəngiz Dəmirçi Qayalının 50 illik yubiley tədbiri keçirilib və ölüm hadisəsi də bu tədbir zamanı baş verib.

Münəvvər Əliqızı Tapdıqova N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin (APİ) Kimya-biologiya fakultəsini 1961-ci ildə bitirib. Bir sıra "Maarif" nəşriyyatında, 1974-cü ilin oktyabrından 1992-ci ilin may ayına qədər Azərbaycan Sovet Ensiklopediyasında elmi-nəzarətçi redaktor vəzifəsində işləyib. Ara-sıra yazdığı şeir və hekayələrini, elmi-kütlevi məzmunlu məqalələrini müxtəlif qəzet və kütləvi jurnalların səhifələrində çap etdirib, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Munəvvər xanım 4 kitab müəllifidir: "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur". "Sevginin ölçüsü yoxdur" kitabına görə Xan qızı Natəvan mükafatına, "Bayatılar" kitabına görə isə "Qızıl Qələm" Media mükafatına layiq görülüb.

Xatırladaq ki, Münəvvər Əliqızı Azərbaycanın Əməkdar artisti Şəbnəm Tapdıqovanın anasıdır.

Allah rəhmət eləsin!

Azadlıq radiosu