Yazıçılar Birliyindən sərt bəyanat

yazicilar-birliyinden-sert-beyanat
Oxunma sayı: 645

Birliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “AYB istedadlı hekayələr müəllifi Rafiq Tağının xaincəsinə qətlə yetirilməsinə ürəkdən acıyır və kədərlənir. Rafiq Tağının müəyyən fikirləri ilə razılaşmamaq, qəbul etməmək, onlarla mübahisə etmək olardı. Amma tanınmış bir yazıçının belə amansızcasına həlak edilməsini hiddət və qəzəblə qarşılayırıq. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk və səlahiyyətli orqanların qısa müddətdə Rafiq Tağının qatillərini aşkar edəcəyinə və onları layiqincə cəzalandıracağına ümid edirik”.

Nigar Məmmədli