“Yehova Şahidləri”indən Azərbaycan hökumətinə qarşı fantastik iddia - 500 min

yehova-sahidleriinden-azerbaycan-hokumetine-qarsi-fantastik-iddia-500-min
Oxunma sayı: 834





“Yehova Şahidləri” Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırıb. “Qafqazinfo”nun məlumatına görə, iddia ərizəsi 1 saylı İnzibati İqtisad Məhkəməsinə təqdim edilib. Dövlət Komitəsinə qarşı qaldırılan iddia ilə bağlı məhkəmə prosesi dekabrın 1-nə təyin edilib. Məhkəmə binasında yerləşdirilən məlumat lövhəsində “Yehova Şahidləri” Dini İcmasının Komitədən 500 min manat təzminat istəməsi göstərilir.

Qeyd edək ki, bundan əvvəl də İqtisad Məhkəməsində “Yəhova şahidləri” dini icması Hidayət Orucovun sədrlik etdiyi Dini Komitəyə qarşı iddia ərizəsi ilə müraciət etmişdi. Noyabrın 23-də başa çatan məhkəmə prosesində dini icmanın iddiası təmin edilməmişdi.

Xatırladaq ki, “Yəhova şahidləri” dini icması onlara məxsus dini ədəbiyyata komitə tərəfindən qoyulan məhdudiyyətin aradan qaldırılmasını ilə bağlı iddia qaldırmışdı.