Yəhudi idarəçiliyi istefa masasına otuzdurulur

yehudi-idareciliyi-istefa-masasina-otuzdurulur
Oxunma sayı: 707

Bəli, SSRİ-nin dağılması ilə bu “təmir” başladı və 2003-cü ildən daha sürətli bir məcraya yönəldi. Dünya sanki bir anın içində dəyişdi, yaxşı hallar da oldu, faciəvi, qorxulu və dəhşətli dönəmlər də. Amma anlayanlar bildi ki, bu “təmir” mütləq olmalıdır – müvəqqəti olaraq “sökülmüş oboylar”, “oyulmuş divarlar”, “qopardılmış döşəmələr”, “deşilmiş tavanlar” olsa da, daimi yaşadığımız evləri müəyyən zaman bucağında tərk etsək də. Axı “təmir” vaxtı gözəlləşmədən əvvəl toz-torpaq, iy-qoxu və şəraitsizlik mütləq baş verir. Təəssüf ki, bunu az adam anladı. Elə buna görə də dünya xəritəsini bəzəyən əksər ölkələrdə dözümsüzlük ucbatından yanlışlıqlar baş qaldırdı, ilahi qaydalar pozuldu. Nəticədə Göylər də Yerə bəlalar göndərdi: müharibələr, xəstəliklər, kataklizmlər, zəlzələ və daşqınlar, iqtisadi böhranlar...

Bu prosesdə dünya hakimiyyəti də dəyişməkdədir. Əsrlər boyu dünyamızı çalxalayan və iblisanə bir idarəetmə quran yəhudi hökmranlığı istefa masasına otuzdurulmaqdadır. İstəsələr də, istəməsələr də bu, baş verir. 2003-cü ildə onlar bəzi taktikalarla bu prosesi əngəlləsələr də, 2011 başlayar-başlamaz bunun bədəlini daha sürətlə ödəməkdədirlər. ABŞ sionistlərlə şərik olmaqdan, diktə altında çalışmaqdan yoruldu və qısa zamanda üz döndərdi. Amma bunun önəmli rol oynamadığını görüb onların maliyyə və siyasi dayaqlarını da sarsıtmağa başladı. İqtisadi böhranla kifayətlənməyən antisionistlər növbəti həmləni şimali Afrikaya yönəltdilər. Ərəb diktatorlarını bir-bir, özü də ən müxtəlif forma və biçimlərdə zərərsizləşdirməyə başlayıblar. Təsəvvür edirsinizmi, ərəb dünyası demokratikləşəndən sonra sionist rejimi nələr gözləyir? Üstəlik, Barak Obama İsraildən 1967-ci il sərhədlərinə qayıtmağı bir neçə dəfə tələb edib. Belə olan təqdirdə isə müqəddəs Qüds İslam dünyasına, ədalətli əllərə qayıtmış olur. Qüds də elə bir mübarək və qüdrətli nöqtədir ki, kimdə olsa, dünya sükanı da onun əlində olmuş sayılır. O məkana ən çox iddialılar isə türklərdir, çünki Qüds qeyri-israillilərdən yalnız türklərin əlində olub: həm Osmanlı, həm də Azərbaycan türklərinin. Elə bu gün də hər şey ona hesablanıb.
Dünyanın ən müxtəlif bölgələrindən olan ağıl sahibləri yaşadığımız planeti türklərdən ədalətli kiminsə idarə edəcəyini düşünmürlər. Bu səbəbdən dəstəkçilərimiz də az deyil. Təbii ki, bu yol ağır, faciəvi və qanlı-qadalı yoldur, buna baxmayaraq, üzərimizə düşən bu missiya mütləq reallaşmalıdır və reallaşacaq da. Türkiyədə keçirilən budəfəki seçki məhz o səbəbə dünya gündəmini bərk tutub. Bu, Türkiyənin, türklərin deyil, bütün dünyanın seçimidir. Əgər Allah eləməmiş, yanlış bir iqtidar hakimiyyətə gələrsə, ola bilsin ki, bəhs etdiyimiz müqəddəs missiya 10-15 il uzansın. Amma proseslərin gedişatı, beynəlxalq sorğular, münasibət və araşdırmalar adamda iç rahatlığı yaradır. Türkiyədəki parlament seçkisi dünya düzənini dəyişən bir nöqtə olacaq, bunu həyatda olan hər kəs görəcək.

Dünyada millətsiz bir durum yaradılacaq, sərhədsiz bir vəziyyət qurulacaq. Necə ki, Avropada belədir: sərhəd yoxdur, vahid pul var, insanlar o qədər demokratik cəmiyyətə nüfuz ediblər ki, məvacibləri cəmi 4 gün gecikəndə də ciddi etirazlara başlayırlar. Onların bir düşüncəsi var: hökuməti mən seçmişəm və zəhmət çəkib məni dolandırmalı, məni qorumalıdır. Amma bizdə bu düşüncə baltalanmış haldadır, məvaciblər illərlə gecikəndə belə kütləvi etiraz bildirməyə qorxuruq, “gec də olsa, təki versinlər” deyirik. Nəfs və qorxuya bələndiyimiz üçün sionist idarəçiliyi bizə və bizim kimilərinə zülm edir. Mənasız torpaq savaşları, hüquq davaları, məhəlli, etnik münaqişələr yaradılıb və digər nəsnələr haqqında düşünmək imkanlarımız əlimizdən alınıb. Qan və savaş, zülm və hiyləgərlik üzərində qurulan istənilən hakimiyyət şeytan hizbindəndir. Bunu bilməyən varsa, deməli, ən yaxşı halda imanı zəifdir.

Ağrıdıcı hal odur ki, qan-qada üzərində hakimiyyətə gələnlər əksər hallarda elə o cür də gedirlər. Sionistlər də öz kürsüsünü asanlıqla təhvil vermək istəmirlər. Neçə əsrlər bu kürsünü nəyin bahasına olursa-olsun, qoruyub saxlayan bu şər qüvvə özünü əbədi hakim görməyi arzulayır, fəqət onlar üçün acı olan reallıq hiddətlərinə səbəb olur. Bu səbəbdən dünyanı qarışdırmaq, yeni münaqişələr yaratmaq üçün əllərindən gələni edirlər. Təkcə Azərbaycana iş adamı adı ilə yüzlərlə xəfiyyə gəlib, bunu ciddi mətbuat da tez-tez vurğulayır. Qorxulusu odur ki, Yaponiya kimi bizdə də tektonik fəlakət yarada bilərlər. Mart ayından bəri ölkəmizin müxtəlif bölgələrində 700 dəfədən artıq baş verən yeraltı təkanlar belə şübhələrə əsas verir. Amma cifayda, olmalı olan olacaq və bir daha təkrar edirik ki, yəhudi hakimiyyəti türklərə təhvil veriləcək. Çoxu gedib, azı qalıb – uzağı 10 il gözləməliyik.

Allah-təala bu yolda bizə güc versin, Qüdsü öz ədalətli sahibinə qaytarsın! Amin!

Səbuhi RƏHİMLİ, “Qoroskop” qəzetinin baş redaktoru

12 iyun, 2011