Yəhudilər Şamaxıdan narahatdır

yehudiler-samaxidan-narahatdir
Oxunma sayı: 683

“Qafqazinfo”nun Yəhudi xəbərləri agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Şamaxıdan qayıdan Bakı Yəhudi diasporasının nümayəndəsi Leonid Nisanov deyib. Onun sözlərinə görə, hazırda Şamaxıda cəmi iki yəhudi yaşayır və tarixi yəhudi qəbiristanlığı xarabalığa çevrilib: “Bu gün 300 illik yaşı olan qəbiristanlığın əsas problemi onun ətrafında hasarın olmamasıdır”. Nisanov bildirib ki, bir neçə il əvvəl Şamaxı sakini Abram Liviev öz vəsaiti hesabına qəbiristanlığın ətrafını xəndəklə hasarlamışdı, lakin indi çox yerdə xəndək dağılıb, buna görə də qəbiristanlıqda inəklər otlayır və bir neçə başdaşı oğurlanıb yaxud dağıdılıb: “Ən narahatedici simptom isə qəbiristanlığın ərazisində İsrailin xalqının oğul və qızlarının külündə şəxsi yaşayış evlərinin tikintisinə başlanılmasıdır”. O bildirib ki, çoxsaylı şikayətlərdən sonra tikinti dayandırılıb, lakin vandallardan qorunması üçün qəbiristanlığın ətrafında daş hasar çəkilməsi vacibdir. Nisanov bunun üçün yerli icra hakimiyyətinin əlində vəsaitin olmadığını qeyd edib. O, analoji halla Şamaxıda yerləşən rus qəbiristanlığının da qarşılaşdığını, lakin rus cəmiyyətinin sponsor tapdığı üçün bu problemi həll edə bildiyini deyib.

Səidə