Yəhudilər türklərdən qorxdu

yehudiler-turklerden-qorxdu
Oxunma sayı: 675

Çünki 15 sentyabr İsrailin illərlə vuruşduğu Fələstinin müstəqilliyini elan etdiyi gündür. Fələstində ildönümü ilə bağlı baş verəcək hadisələrin oyuna da təsir edəcəyindən narahat olan İsrail komandası UEFA-ya müraciət edib.
“Makkabi”nin inzibatçı meneceri Avent Tuito bu məsələ ilə bağlı türklərlə müzakirə aparmaq mümkün olmadığı üçün UEFA-ya müraciət etdiklərini deyir. İnönü stadionunda oynamağın yəhudilər üçün çətin olacağını bildirən Tuito iki ölkə arasında baş verənlərin futbola da təsirsiz ötüşəcəyini düşünmür.
Dünən Tuiotunu da olduğu təyyarə Türkiyəyə enərkən israilli sərnişinlər sorğu-suala tutulub. 40 nəfər yəhudinin Türkiyəyə nə üçün gəldiyi barədə verilən sualları cavablandıran sərnişinlər onlara göstərilən münasibətdən narazı qaldıqlarını deyiblər.
“Beşiktaş” komandasının 2-ci başkanı Metin Keçeli onlara Avropa Liqası matçları ilə bağlı UEFA-dan heç bir müraciət olunmadığını deyib. Komanda rəhbəri oyunun təyin olunan tarixdə və saatda İnönü stadionunda oynanılacağını bildirib.
Oyun günü təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini deyən Keçeli İsrail komandasının tamaşaçı gətirib-gətirməyəcəyi barədə məlumatsız olduğunu söyləyib.