Yenə də “20-ci sahə”yə...

yene-de-20-ci-saheye
Oxunma sayı: 655

İctimai Palata mayın 19-da “Dərnəgül” metro stansiyasının qarşısında mitinq, mayın 20-də isə Bakı Şəhər İcra Hakimiyyətinin binası önündə piket keçirmək istəyi ilə meriyaya üz tutmuşdu.
Müsavat başqanının müavini, İctimai Palatanın katibi Gülağa Aslanlı “Media forum” saytına açıqlamasında deyib ki, paytaxt meriyası mitinqin mayın 19-da 20-ci yaşayış sahəsində, sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edilib, 20 may piketini isə sanksiyalaşdırmayıb: “20-ci sahədə mitinq keçirmək fikrimiz yoxdur, piketi isə keçirəcəyik”.