Yeni dini təşkilat yaradılır

<b>Yeni dini təşkilat yaradılır</b>
Oxunma sayı: 218

“Təşəbbüs Moskvadakı imam-camaatlara aiddir. Şuranın işində iştirak etmək üçün Rusiyanın bütün məscidlərinin imam-camaatları, həmçinin müsəlman ictimaiyyətinin nüfuzlu nümayəndələrini cəlb etmək planlaşdırılır.” “Qafqazinfo”nun məlumatına görə, bu sözləri vəkil Daqir Xasavov noyabrın 3-də “İnterfaks”a verdiyi açıqlamasında bildirib.
Onun sözlərinə görə, hal-hazırda struktur və Şuranın fəaliyyətinin hüquq bazası hazırlanır. Xasavov deyib ki, Şuranın yaradılması ilə bağlı qərar Qurban bayramından sonra elan ediləcək.
Daqir Xasavov Rusiya Müftilər Şurasına qarşı açılmış bir çox məhkəmə iddiaları ilə tanınır. Yeni İslam təşkilatının yaradılması təşəbbüsü Moskvanın mərkəz məscidi söküldükdən sonra meydana çıxıb.
Xatırladaq ki, Moskvada 11 sentyabr günü şəhərin mərkəzi məscidi dağıdılıb. Moskva məscidi 1904-cü ildə məşhur tatar mesenatı, tacir Saleh Erzinin hesabına tikilib.

Səidə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi