Yeni elan olunan birlikdə qalmaqal

yeni-elan-olunan-birlikde-qalmaqal
Oxunma sayı: 675

Bunu “Qafqazinfo”ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov bildirib. Onun sözlərinə görə, bu informasiyanın kimin tərəfindən və nə məqsədlə verilməsindən xəbərsizdir: “O toplantıda iştirak edən digər partiyalarla da əlaqə saxlaya bilərsiniz, onlar da mən dediyimi təsdiq edə bilərlər. İclasda iştirak edən partiyalar belə bir forum yaratmayıb. Biz Müqavimət Hərəkatına qoşulmuşuq. Bu haqda bizim partiyanın qərarı var. Bu tamamilə ayrı bir məsələdir. Başqa bir foruma isə qoşulmaq fikrimizsə yoxdur”.

V. Mahmudov bildirib ki, dünənki iclasda digər partiyalarla birlikdə yanvarın 9-da görüşüb hərəkatla bağlı məsələləri müzakirə etmək qərara alınıb.

Qeyd edək ki, dünən KXCP qərargahında Klassik Xalq Cəbhəsi Partiyasının sədri M. Mirəlioğlu, Aydınlar Partiyasının sədri Q.Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri V. Mahmudov, Liberal-Demokrat Partiyasının sədri F. Əliyev və Azadlıq Partiyasının sədri Ə. Orucun iştirakı ilə toplantı keçirilib. Yayılan məlumatlarda 5 partiyanın hərəkat yaratdığı bildirilir.

Sədan Bünyatova