Yeni istefalar gözlənilir

yeni-istefalar-gozlenilir
Oxunma sayı: 646

Milli.Az xəbər portalının "Haykakan jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, iclasda bir sıra digər məsələlərlə yanaşı, Tavuşun qubernatoru Armen Qularyanın istefası da müzakirə ediləcək.

Onun ötən gün Prezident Aparatına çağırıldığı məlumdur. Prezident Serj Sarkisyanın qubernatora çox qəzəbləndiyi bildirilir. Buna səbəb İcevan şəhərinin meri postuna seçkidə "Çiçəklənən Ermənistan"ın təmsilçisi Vardan Qulamyanın qələbəsinə imkan verilməsidir.

Bugünkü toplantıda bir sıra digər məmurların da istefaya göndərilməsi haqda qərarın qəbul ediləcəyi istisna olunmur.