“Yeni səfirin təyinatı uzana bilər”- Açıqlama

yeni-sefirin-teyinati-uzana-biler-aciqlama
Oxunma sayı: 672

Bu sözləri “Qafqazinfo”ya “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Amerikanın Azərbaycanda səfir təyinatı ilə bağlı fikrini şərh edərkən bildirib.

“Yeni səfirin təyinatı uzana bilər. Birincisi, Dövlət departamenti namizəd irəli sürməlidir. İkincisi, həmin namizədi Konqresdəki komitə dinləmələri və ardından təsdiq etməlidir. Bu prosedur ən azı bir ilə uzana bilər. Bu isə o deməkdir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi ötən dəfə olduğu kimi xeyli müddət səfirsiz çalışmalıdır. Bu amil Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edə bilər”,-deyə politoloq vurğulayıb.

Elxan Şahinoğlu eyni zamanda ABŞ-ın Azərbaycandakı səfirinin uzun müddət yoxluğunu Vaşinqtonun Cənubi Qafqaz siyasətinə də mənfi təsir edə biləcəyini də bildirib.

“Azərbaycan bölgənin açar dövlətidir, Rusiya isə bölgəyə aktiv rol oynamağa çalışır. Belə bir ərəfədə amerikalı səfirini yoxluğu Kremlin daha çox əl qol açmasına yol açır”,-deyə,Elxan Şahinoğlu qeyd etdi.


Elnur Eltürk