Yeni seriallar gəlir - Siyahı, Fotosessiya

yeni-seriallar-gelir-siyahi-fotosessiya
Oxunma sayı: 769

Artıq indidən anonsları gedən seriallar mövzu baxımından bir-birinə bənzəsələr də reytinq cəhətdən çox fərqli olacaqlar. Elə ilk serialarından gərgin fraqmentləri ilə izləyici toplamaq uğrunda çarpışacaq bu seriallardan süzgəcdən keçib mövsümün sonuna qalanı, keçməyib yarıyolda duranları da olacaq. Təbii ki, onların taleyini tamaşaçılar həll edəcəklər. Sizlərə bu il ekranlara gələcək ən iddialı serialların adlarını təqdim edirik.

Sentyabrın 12-dən “Show TV” də yayımlanacaq “Sənsiz olmaz” serialı boşanmış cütlüyün uşaqlarının amansız xəstəliyə yoluxmasından bəhs edəcək. Bu serialda məşhur aktyorlar Nurgül Yeşilçay və Murad Han baş rolu paylaşacaq.

Sentyabrda “Star” televiziyasında yayımlanacaq digər serial “İffət” olacaq ki, burada da sevgilisinin təcavüzünə uğrayan qızın aldadılması əsas mövzu olacaq. Serialda İffət rolunu “Yarpaq tökümü”nün Fərhundəsi olan Dəniz Çakır oynayacaq.

Xəbər verdiyimiz kimi, yeni mövsümdə - sentyabrın 9-da “Kanal D” ekranlarında “Kuzey Guney” adlı serial da başlayacaq ki, burada da Kıvanc Tatlıtuğ və Buğra Gülsoy əsas qəhrəmanlar olan iki qardaşı canlandıracaqlar.

Star televiziyasında Fahriye Evcenin rol aldığı “Yalançı bahar” da iddialı seriallardandır.

Bundan başqa həmçinin ATV-də “Al yazmalım”, Kanal D-də “Yalan Dünya”, Show TV-də Halil Ergünün növbəti ata rolu olacaq “Gün akşam oldu”, Kanal D-də “Bir çocuq sevdim”, Star-da “Firar”, Kanal D-də “Keşanlı Ali Dastanı” kimi seriallar da yayıma başlayacaq.

Yeri gəlmişkən, mövsümü qabaqlayan seriallar da yayıma başlayıb. Belə ki, avqust ayından Star-da “Ay tutulması”, “Anneler və qızları”nın ilk seriaları efirə gedib.

Nigar Məmmədli