Yerin altında da yollar bağlandı

yerin-altinda-da-yollar-baglandi
Oxunma sayı: 653

SİA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, Bakı Metropoliteninin Həzi Aslanov-İçərişəhər stansiyaları üzrə hərəkət edən qatar Koroğlu-Ulduz stansiyaalrı arasında tuneldə qalıb. Qatar 20 dəqiqə ərzində tuneldə gözləməyə məcbur olub. Bu isə sərnişinlərdə narahatlıqla bərabər qorxu hissinin yaranmasına də səbəb olub.

Sürücü qatarın tuneldə qalmasını müəyyən texniki səbəblərl əəlaqələndirib və narahat olmamağa çağırıb.

Qeyd edək ki, metropolitendə fəaliyyət göstərən polislər də insanlarla zarafatından qlamayıb. 18 dəqiqəyə yaxın stansiyada gözləyən insanlarla söhbət edən polis bunun metro üçün adi bir hal olduğunu deyib. Hətta onlar metroda yaranan problemi Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 20-ci toplantısı ilə də əlaqələndiriblər.