“Yığma onsuz itirəcək” - Mövqe

yigma-onsuz-itirecek-movqe
Oxunma sayı: 674

Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Vaqiflə çoxdan dostam. Bunu Rauf Əliyevdən eşidəndə ona zəng vurdum və xahiş etdim ki, nə baş verdiyini anlatsın. O, bildirdi ki, yığmadan imtina etməyib. Sadəcə, daha Berti Foqtsun qərarlarına dözə bilmir. Bildirdi ki, alman məşqçinin rəhbərliyi altında oynamağa hazırlaşmır. Fikrimcə, yığma onsuz itirəcək. Şübhəsiz ki, onun yaxşı göstəriciləri var. Vaqif həmişə komandaya fayda verirdi. Düzdü, o, hazırda o qədər də yaxşı formada deyil. Amma o, nə vaxtsa yenə yaxşı forma yığacaq və yığmaya çağırılmasına ehtiyac duyulacaq”.

Maksim AÇ-2012-nin seçmə mərhələsinin son oyunlarına çağırılmamasına da münasibətini açıqlayıb: “Əlbəttə, yığmada olmağı həmişə istəyirsən: udanda da, uduzanda da. Amma bu dəfə yığmadan kənarda qaldım. Məsələn, Türkiyə ilə oyuna televizordan baxdım. Deməzdim ki, yığma İstanbuldakı oyunda pis təsir bağışladı. Avstriya yığmasıyla oyuna gəlincə, rəqib təbii ki, yaxşı komandaydı. Onlarla elə düz qazonda oynamaq elə də asan deyildi. Amma onlarla Tofiq Bəhramov adına Respublika stadionunda başqa cür oynamaq olardı. Avstriyalılara onda daha çətin olacaqdı. Onlara qarşı 10 nəfərlə oynamaq isə bizim üçün çox ağır oldu. Nəticədə də, elə yenilgiylə üzləşdik”.