Yığmamız Dünya Kubokunun qalibi oldu

yigmamiz-dunya-kubokunun-qalibi-oldu
Oxunma sayı: 650

Kontakt-karate Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yarışlarda İran, Ermənistan, Gürcüstan və Azərbaycan idmançıları iştirak edib. Mötəbər yarışda Yevlax və Ucar şəhərlərindən olan idmançılar ümumilikdə 20 nəfərdən ibarət heyətlə Azərbaycanı təmsil ediblər. Nümayəndə heyətinə Kontakt-karate Federasiyasının baş hakimi, 5-dan qara kəmər ustası Xaləddin Şirinov rəhbərlik edib. Dünya kubokunda tatami üzərində 13 nəfər idmançı qüvvəsini sınayaraq qızıl medalla vətənə qayıdıb. Bu yarışda komanda hesabı ilə Azərbaycan komandası 1-ci yerə layiq görülüb.

8-9 yaşlar arasında Arif İsmayılzadə 18 kq çəki dərəcəsində, Elmir Xasməmmədov 20 kq çəki dərəcəsində, Cavanşir Cavanşirli 22 kq çəki dərəcəsində, Yaşar Rəsulov 25 kq çəki dərəcəsində, 10-11 yaşlar arasında Elgiz Vəliyev 27 kq çəki dərəcəsində, Əşrəf Yusibov 30 kq çəki dərəcəsində, Ülvi Hümbətov 33 kq çəki dərəcəsində, Tural Yusifov 40 kq çəki dərəcəsində, 12-13 yaşlar arasında Cavid Mustafayev 30 kq çəki dərəcəsində, Kamil Salahov 35 kq çəki dərəcəsində, Orxan Novruzov 38 kq çəki dərəcəsində,14-15 yaşlar arasında Fuad Bağırov 55 kq çəki dərəcəsində və 16-17 yaşlar arasında Eltun Kərimov 65 kq çəki dərəcəsində çıxış edərək turnirin qalibi olublar.

Qeyd edək ki, idmançılarımızın növbəti yarışda 27-30 avqust 2012-ci il tarixlərində Gürcüstan Respublikasının Uraki şəhərində “ Qızıl Kəmər ” adlı turnirdə iştirakı planlaşdırılır.