Yığmamız Qızıl Qran-Pri turnirində üçüncü oldu

yigmamiz-qizil-qran-pri-turnirinde-ucuncu-oldu
Oxunma sayı: 726

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin “Qafqazinfo”ya verdiyi məlumata görə, Yunan-Roma güləşi üzrə I Qızıl Qran-Pri turniri xarakteri daşıyan turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İsveç, Gürcüstan, İtaliya, Belarusiya, Özbəkistan, Qazaxstan, Yaponiya, Rusiya, İran, Ukrayna və Yunanıstan iştirak edib.

Məşqçilər Salih Bora, Şaban Donat və Mutaalib Yerlikayanın rəhbərliyi altında yığma komandanın 4 üzvü fəxri kürsüyə yüksələ bilib.

Turnirin ilk günündə mübarizəyə qoşulan güləşçilərimizdən Elçin Əliyev (55 kq) və Vitali Rəhimov (66 kq) bürünc medal qazanıb.

Turnirin son günündə də yığmamız 2 bürünc medala yiyələnib. Medalları komandamıza Kamran Məmmədov (60 kq) və Şalva Qadabadze (96 kq) qazandırıb.

Ümumilikdə, 4 bürünc medal qazanan yığmamız 43 xalla komanda hesabında üçüncü olub. Azərbaycanla eyni xalı toplayan Türkiyə 2 qızıl medalla ikinci yeri tutub. Birinci yerə isə Rusiya komandası çıxıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edib.