Yığmamızdan son dəqiqə qələbəsi

yigmamizdan-son-deqiqe-qelebesi
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi məlumata görə, millimiz səfərdə İslandiya ilə qarşılaşıb.

Oyunun ilk hissəsi gənclərimiz üçün uğursuz alınıb. Belə ki, 20-ci dəqiqədə Siqurdarsson hesabı açıb. 26-cı dəqiqədə isə “Neftçi”nin şərəfini qoruyan Mirhüseyn Seyidov penalti zərbəsindən yararlana bilməyib. Lakin ikinci hissədə oyunda dönüş yaratmaq mümkün olub. Əvvəlcə Araz Abdullayev hesabı bərabərləşdirib. Oyuna əlavə olunmuş 1-ci dəqiqədə isə Cavid İmamverdiyev yığmamızın qələbə topuna imza atıb.

Bununla da 21 yaşlılarımız qrupda 4-cü pilləni təmin edib. 7 oyundan sonra hesabında 7 xal olan Lippertin yetimələri 3-cü pilləyə də yüksələ bilər. Bunun üçün son turda İngiltərə yığmasını məğlub etmək lazımdır.

U-21-lər arasında AÇ 2013-ün seçmə mərhələsi
5 iyun.

00:15. İslandiya – Azərbaycan - 1:2
Qollar: Byorn Siqurdarsson, 20 - Araz Abdullayev 77, Cavid İmamverdiyev, 90+1
Baş hakim: Petur Reynert (Farer adaları)
Reykyavik. “Valyur” stadionu

İslandiya: 1. Arni Olafsson, 2. Kristin Yonsson, 3. Holmar Örn Eyolfsson (k), 4. Hordur Maqnusson, 5. Haukur Heydar Hauksson, 6. Finnur Marqeyrsson, 7. Kristin Steyndorsson, 8. Byörn Siqurdarsson, 9. Byörn Sverrisson, 10. Aron Yohannsson, 11. Yon Dadi Bödvarsson.
Ehtiyat oyunçular: 12. Arnar Petursson, 13. Yohann Laxdal, 14. Qudlauqur Palsson, 15. Runar Mar Siquryonsson, 16. Torsteyn Mar Raqnarsson, 17. Eynar Loqi Eynarsson, 18. Eydur Siqurbyörnsson.

Baş məşqçi: Eyolfur Sverrisson.

Azərbaycan: 12. Osman Umarov, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 6. Mirhüseyin Seyidov (k), 7. Araz Abdullayev, 9. Orxan Həsənov, 13. Əli Gökdəmir, 14. Bədavi Hüseynov, 16. Ruslan Tağızadə, 17. Cavid İmamverdiyev, 19. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 4. Elvin Yunuszadə, 5. Novruz Məmmədov, 8. Emin Mustafayev, 11. Ruslan Qurbanov, 18. Elnur Abdulov, 23. Tural İsgəndərov.
Baş məşqçi: Bernard Lippert.

Son tur:
6 sentyabr Azərbaycan – İngiltərə

1. İngiltərə 6 15
2. Norveç 5 10
3. Belçika 6 8
4. Azərbaycan 7 7
5. İslandiya 6 3


Ceyhun Əhmədov