“Yol hərəkəti haqqında” qanuna dəyişikliklər olunacaq

yol-hereketi-haqqinda-qanuna-deyisiklikler-olunacaq
Oxunma sayı: 640

İclasın gündəliyinə ümumilikdə 8 məsələ daxil edilib. İclasda “Yol hərəkəti haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləyə də bir sıra əlavələr və dəyişikliklər olunacaq.

Həmçinin içərisində Konstitusiya Məhkəməsinin hakiminin təyin olunması, Azərbaycanın Avstraliya İttifaqında səfirliyinin təsis edilməsi, “Serbiya Respublikasında E-763 avtomobil magistralının Ljiq-Boljkovici, Boljkovici-Takovo və Takovo-Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında Kredit Sazişi”nin təsdiqi barədə və “Mədəniyyət haqqında” qanun layihələri də müzakirəyə çıxarılacaq.