Yol polisi Bakıda qəza törətdi - Foto

yol-polisi-bakida-qeza-toretdi-foto
Oxunma sayı: 702

Bakının mərkəzində yol polisi xidmət zamanı qəza törədib. “Qafqazinfo” hadisə şahidlərinə istinadən xəbər verir ki, dünən axşam saatlarında Neftçilər prospektində BMW markalı yol patrul maşını “VAZ-2107” markalı maşınla qarşı-qarşıya gəlib. Avtomobillərin sürəti yüksək olduğundan qəza qaçılmaz olub. Toqquşma nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. “Yol polisi yolun əks istiqamətində gəlirdi. 07 isə “protiv” gələn maşını gec gördü. Tormoz versə də, maşını qəzadan yayındıra bilmədi” - deyə Elşən adlı şahid hadisəni belə baş verdiyini dedi.

Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.