Yol polisi əhaliyə müraciət etdi

yol-polisi-ehaliye-muraciet-etdi
Oxunma sayı: 651

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən cümə axşamı Trend-ə bildiriblər ki, sürücülər yağışlı və dumanlı havalarda sürət həddini metroloji və hava şəraitinə uyğun seçməlidir.

Məlumata görə, sürücülər günün qaranlıq vaxtı xüsusilə diqqətli olmalıdırlar.

Yol polisi piyadaları nəqliyyat axınına qarşı hərəkət etməyə çağırıb.

İdarə piyadalara yağmurlu havalarda yolun hərəkət hissəsinə çıxmamalarını tövsiyə edir.

Yol polisi sürücülərə yağışlı havalarda gölməçə olan yollardan keçəndə ehtiyatlı olmalarını, sürəti azaltmalarını tövsiyə edir.

Azərbaycan sinoptiklərinin proqnozlaşdırdığı kimi çərşənbə günü günortadan sonra əsasən şimal və qərb rayonlarından başlayaraq hava kəskin pisləşib, temperatur 6-8 dərəcə enib.

Sinoptiklər anomal hava şəraitinin noyabrın 26-a kimi davam edəcəyini açıqlayıblar.

Noyabrın 24-nə keçən gecə Bakıda və ölkənin digər ərazilərində sulu qar və qar başlayıb.