Yol polisi gücləndirildi

yol-polisi-guclendirildi
Oxunma sayı: 650

Bu barədə cümə günü Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
"Avtomobillərin hərəkətində tıxaclar yaranıb. Hazırda Bakı yol polisi gücləndirilmiş iş rejimində çalışır", - Əsədov deyib.
Onun sözlərinə görə, avtomobillərin normal hərəkətinin təmini üçün müvafiq tədbirlər görülür.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda yaranan elektrik enerjisi səbəbindən metropolitenin işi dayanıb, bu isə yollarda avtomobillərin hərəkətinin intensivləşməsinə təsir edib.