“Yollarımız da hökumətimiz kimi buz bağlamışdı”

yollarimiz-da-hokumetimiz-kimi-buz-baglamisdi
Oxunma sayı: 655

Bunu İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Facebook səhifəsində dünən yazıb. İqtisadçı bildirib ki, Brüsseldən İstanbula, oradan isə Bakıya uçmalı idi, lakin hava şəraiti ilə əlaqədar olaraq hər iki reys təxirə salınıb: “Belə getsə, bu gün vətənə gedə bilməyəcəyik. Halbuki, hoteli səhər obaşdan saat 6-da tərk etdik. Uçuş qrafikinə görə, saat 19.35-də Bakıda olmalı idik. Belə getsə, biz Bakıya çatana qədər orada qar qalmayacaq, olan-qalan da əriyəcək”.
Bir neçə dəqiqə əvvəl isə Q. İbadoğlu Facebookda yazıb: “Nəhayət ki, bu gün Bakıya gəlib çata bildik. Amma sən demə, ən çətini Bakı aeroportundan evə getmək imiş. Yollarımız da hökumətimiz kimi buz bağlamışdı, işləmirdi”.