Yunanlar bilərəkdən QİÇS virusuna yoluxurlar

yunanlar-bilerekden-qics-virusuna-yoluxurlar
Oxunma sayı: 667

Yunanıstanın üzləşdiyi iqtisadi böhranın daha bir qorxunc üzü ortaya çıxıb. Türkiyə mətbuatı bir çox yunan gəncin aylıq 700 avro məbləğində yardım almaq üçün özlərini bilərəkdən QİÇS virusuna yoluxdurduqlarını yazıb. Xəbərlərdə ölkədə QİÇS virusu daşıyan şəxslərin saylarının son ildə 1260 nəfər artdığı bildirilib.

Paytaxt Afinada keçirilən birgə mətbuat konfransında Yunanıstanın Səhiyyə naziri Andreas Loverdos və Yunanıstan QİÇS ilə Mübarizə Komitəsinin sədri dr. Marios Lazanas gənclərin bilərəkdən bu virusla yoluxmaq üçün narkotik maddə qəbul etdiklərini deyiblər. Lazanas gənclərin sözügedən virusu daşıyan şəxslərə aylıq ödənilən 700 avroluq yardımı ala bilmələri üçün bu addımı atdıqlarını qeyd edib.

Komitə sədri bu vəziyyət qarşısında yalnız məlumatlandırma kampaniyası təşkil edərək, gənclərə sözügedən xəstəliyin ölümcül olması ilə bağlı xəbərdarlıq etdiklərini bildirib.

Mətbuat konfransında QİÇS virusuna yoluxmuş şəxslərin sayının 1260 nəfər artdığı da vurğulanıb.

azerimuslims.com