Yunis Hüseynov açıqlama verdi

yunis-huseynov-aciqlama-verdi
Oxunma sayı: 672

Komandanın baş məşqçisi Yunis Hüseynov bu haqda fikirlərini “Qafqazinfo”ya bildirib: “6 xalımız geri qaytarıldı. Çox sevinirəm. Amma bu hadisə heç olmasa, daha yaxşı olardı. Bilirsiniz ki, 6 xalın silinməsi qərarı “Bakı” ilə oyun ərəfəsində verilmişdi. Bu, oyunçularıma psixoloji cəhətdən mənfi təsir etdi və oyunu böyük hesabla məğlub bitirdik (1:4). Yenə də heç nə itirməmişik. Sona 3 tur var, “Neftçi”dən 6 xal geridəyik. Çətin olsa da, onları üstələmək şansımız var. Çempionluq uğrunda sona kimi mübarizə aparacağıq”.

Qeyd edək ki, 6 xalın geri qaytarılmasından sonra “Xəzər Lənkəran” 54 xalla ikinci pilləyə yüksəlib. Lider “Neftçi”nin isə 60 xalı var.

Ceyhun Əhmədov