Yüz uşağı edam cəzası gözləyir

yuz-usagi-edam-cezasi-gozleyir
Oxunma sayı: 692

“Qafqazinfo”nun məlumatına görə, Şahidin təqdim etdiyi hesabatda İranda 2011-ci il ərzində rəsmi olaraq 200-dən çox insanın edam edildiyini, təkcə yanvarda edam edilənlərin sayının 83 olduğunu qeyd edib. Onun sözlərinə görə, keçən ildə məhkumların ailələrinin və ya vəkillərinin məlumatı olmadan Vikilabad cəza evində 300-dən çox gizli edam həyata keçirilib. Hesabatda, həmçinin İranda izdihamın gözü qarşısında edamlara diqqət çəkilib, cəza evlərində edam cəzasını gözləyən 100-dən çox uşağın olduğu da bildirilib.