Zabratda acınacaqlı vəziyyət yaranıb - Video

zabratda-acinacaqli-veziyyet-yaranib-video
Oxunma sayı: 688

Fevralın 9-da Zabrat və Hövsan qəsəbələrində elektrik enerjisi ilə bağlı problemlərə görə, sakinlər avtomobil yolunu bağlayıblar.

Zabrat qəsəbəsində isə günlərdir problemlər bir-birinə qarışıb. Qəsəbənin bir hissəsində qaz, digər hissəsində işıq, başqa hissəsində isə su yoxdur. Saxtalı havada kommunal problemlərlə üz-üzə qalan sakinlər ictimai nəqliyyatın, elektrik enerjisinin olmamasından gileylənirlər:

- Belə olmaz axı, işıq pulu ödəyirik. Gəlin gedək bizim sayğaca baxın. Aybaay pulu ödəmişəm. Borcum yoxdur. Neçə gündür işıq yoxdur. Bax görürsüz mən lampaya kerosin almaq üçün getmişəm Maştağa yoluna.
- İşıqlarınız nə vaxtdan yanmır?
- Elə soyuqlar düşəndən...
- Nə deyirlər, səbəb nədir?
- Heç bir şey. Xətlər, transformatorlar hamısı köhnədir, ona görə belə olur. Gecə saat 5-də işığı verirlər, 8-də söndürülər. Nə edək, qaranlıqda giririk yorğanın altına.

Qarlı günlər başlayandan sonra Bakının Xətai, Əhmədli, Binəqədi, Köhnə Günəşli qəsəbələrində elektrik enerjisi ilə bağlı problemlər yaşanmaqdadır.

zabrattt.flv