“Zahid Oruc, mənə dərs keçməyə yaşın çatmır...” - Qalmaqal

zahid-oruc-mene-ders-kecmeye-yasin-catmir-qalmaqal
Oxunma sayı: 697

Ana Vətən Partiyasından deputat Zahid Orucun Milli Məclisin 30 sentyabr iclasında cari müzakirələrə ayrılan vaxt bitəndən sonra gündəlikdə duran məsələlərdən danışarkən parlament sədri ilə onun arasında mübahisəyə gətirib.
Payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunarkən danışan Zahid Oruc ali tibbi təhsil haqqında qanun qəbul etməyin zəruri olduğunu vurğulayıb və təklifini əsaslandırmağa çalışıb.

“Qafqazinfo” “Media forum”a istinadən xəbər verir ki, parlament sədri Oqtay Əsədov deputatın sözünü kəsərək onu gündəlikdəki məsələdən kənara çıxmaqda qınayıb. Spikerin iradı deputatın narazılığına səbəb olub və onların sözü çəpləşib.

Zahid Oruc: Oqtay müəllim, əgər biz burada müzakirələr aparmasaq, bu binanın içində ciddi diskussiyalar, siyasi debatlar keçirilməsə, bura yaxşı arxitekturalı muzey deyəcəklər, parlament deməyəcəklər.

Oqtay Əsədov: Zahid Oruc, mənə dərs keçməyə yaşın çatmır, nə də hüququn. Xahiş edirəm danışığına fikir ver, mövzu barədə danış. Sonra deyirsən ki, mənə danışmaq imkanı vermirlər.

Zahid Oruc: Mən öz funksiyamı yerinə yetirirəm. Heç kimə dərs keçmək fikrində deyiləm...

Mübahisə böyüməyib və Zahid Oruc çıxışını davam etdirib.